Mədəniyyət və Turizm Nazirliyinin rayon şöbələri ləğv edilib
Azərbaycan prezidenti İlham Əliyev Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin bazasında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi yaradılıb.
Bundan başqa, Mədəniyyət və Turizm Nazirliyinin rayon şöbələrinin bazasında 15 regional idarə yaradılıb.
Sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyinin Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin və Mədəniyyət və Turizm Nazirliyinin regional idarələrinin abidə mühafizəçiləri ştatları nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə verilib.