Qubada yük maşını ilə sərnişin avtobusu toqquşub

Bu gün Quba rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin Şimal bürosunun verdiyi məlumata görə, qəza Bakı-Quba Rusiya federasiyası yolunun 153-cü km-də, rayonun Qaraşay kəndi ərazisində qeydə alınıb.

 

66 yaşlı Sayəddin Beyrut oğlu İmaniyevin idarə etdiyi "PAZ" markalı 50 BU 158 dövlət qeydiyyat nişanlı avtobusla 47 yaşlı Səsahəd Ataxan oğlu Qaraxanovun idarə etdiyi “TIR” markalı yük maşını toqquşub.

 

Hadisə nəticəsində avtomobillərə ziyan dəysə də xəsarət alan olmayıb.

 

Faktla bağlı araşdırmalara başlanıb.

Müəllif | Apa.Tv
Vəli Turan