Şəhidin medalını alan qardaşı: "Mən də hazıram!"
Müdafiə Nazirinin, şəhid kiçik çavuş Abbaszadə Elşad Raquf oğluna ölümündən sonra xidmətdə fərqlənməyə görə laiq gördüyü 3-cü dərəcəli medal bu gün ailəsinə təqdim olunub. Mərasim şəhidin böyüdüyü Tərtər rayonunun Kəngərli kəndində təşkil olunub. Tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, rayon İcra Hakimiyyətinin əməkdaşları, kənd sakinləri və şəhid Elşad Abbaszadənin hərbçi dostları iştirak edib. MN-nin tərbiyə işləri idarəsinin rəisi, polkovnik Abdulla Qurbani hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalı şəhidin qardaşı Rəşad Abbaszadəyə təqdim olunub.
Qeyd edək ki, Elşad Abbaszadə martın 25-də Qoşunların Təmas Xəttinin Tərtər istiqamətində cəbhə xəttini yarmağa cəhd edən ermənilərin diversiya-təxribat qrupunun qarşısını alarkən şəhid olub.
"Mən özüm Qarabağ döyüşlərində iştirak etmişəm. Hazırda müharibə veteranıyam. Oğlum da mən də cənab prezidentin əmri ilə vətəni qorumağa hazırıq. Allah şəhidlərimizə rəhmət eləsin!"
"Qardaş kimi fəxr edirəm ki, o, vətən uğrunda şəhid olub. Mən də hər zaman hazıram".
Allah rəhmət eləsin"