150 qadını zorlamaqda təqsirləndirilən erməni pedofil ələ keçdi

Tatarıstanın Naberejnıye Çelnı şəhərində 150 qadına təcavüz etməkdə adı hallanan əslən erməni Eduard Saqiyan ələ keçirilib. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, 48 yaşlı Eduard Saqiyan 14-18 yaş arası xanımlarla əvvəlcə tanış olaraq, onları öz evinə gətirməkdə, seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilir. İstintaqın qənaətinə görə, Eduard Saqiyan öz qurbanlarını müxtəlif vədlərlə aldadaraq zorla öz evində saxlayıb, daha sonra zərərçəkənlərə qarşı zorakılığa yol verib. Evinə gətirdiyi qadınlara özünü kriminal avtoritet kimi təqdim edən E. Saqiyan bu kimi üsullarla hədə-qorxu gəlib, sonradan onları zorlayıb. Öz çirkin niyyətlərindən əl çəkməyən manyak sonradan təcavüz etdiyi qadınları yenidən taparaq, polisə şikayət etməmələri barədə xəbərdarlıq edib. Cinayətkarın çirkin əməlləri 10 gün onun girovuna çevrilən, sonradan möcüzə nəticəsində qaçmağa müvəffəq olan xanımlardan birinin polisə şikayət etməsindən sonra ortaya çıxıb. Hazırda həbs edilən Eduard Saqiyan barəsində Tatarıstan Prokurorluğu tərəfindən qaldırılan cinayət işinin istintaqı yekunlaşıb. İş yaxın günlərdə məhkəməyə göndəriləcək.

Müəllif | Apa.Tv
Apa.tv