Ağstafada bədbəxt hadisə: elektriki "tok" vurub öldürdü

Ağstafa rayonunda bədbəxt hadisə baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb. Rayon sakini, 1959-cu il təvəllüdlü Əsədulla Bağırov kənddə yüksək gərginlikli transformatorda təmir işləri apararkən cərəyan onu vurub və o yüksəklikdən yerə düşərək ölüb.

 

Qeyd edək ki, Ə. Bağırov Ağstafa rayon Paylayıcı Elektrik Şəbəkəsində elektrik vəzifəsində çalışıb.

 

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli