Salyanda "KamAZ” çaya düşdü: sürücü və sərnişinin boğuldu

Salyanda yük maşını çaya düşüb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, dünən axşam saatlarında Salyan rayonu ərazisindən keçən Kür çayının qolu olan Akkuşa adlanan çaya “KamAZ” markalı avtomobil aşıb. Avtomobil sudan çıxarılsa da salonda sürücü və sərnişin aşkar edilməyib. Hadisə yerində  hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər.  Eyni zamanda olay yerinə Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə xidmətinin əməkdaşları cəlb edilib. Dərhal Dövlət Sularda Xilasetmə xidmətinin dalğıc-xilasediciləri axtarış-xilasetmə işlərinə başlayıblar. Axtarış-xilasetmə işləri nəticəsində 2 nəfərin cəsədi tapılaraq sudan çıxarılıb və  aidiyyəti üzrə təhvil verilib. 

 

Polisdən verilən  məlumata görə, “KamAZ” markalı 10 MP 867 dövlət nömrə nişanlı yük avtomobili Bakı şəhəri Xətai rayon sakini, Əsədullayev Əhməd Əsədulla oğlunun adına qeydiyyatdan keçib və avtomobil Qobustan rayon sakini Qocayev Araz Babayar oğlunun mülkiyyətinə verilib. Lakin sonuncunun sürücülük hüququ yoxdur.

 

Hadisə ilə bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı