Rusiyada təyyarə qəzaya uğradı
Rusiyada SU-25 təyyarəsi qəzaya uğrayıb.
APA TV-nin məlumatına görə, Rusiya Müdafiə Nazirliyi faktı təsdiqlətib. Qəza martın 30-da hücum təyyarəsi təlim uçuşları yerinə yetirərkən baş verib.
Təyyarə Şərq Hərbi Dairəsinin Çerniqovka aerodromuna eniş edərkən qəzaya uğrayıb.
"Təyyarəçi katapult edib, onun sağlamlığına təhlükə yoxdur. Uçuş döyüş komplektləri olmadan həyata keçirilirmiş. Yerdə də hər hansı dağıntı və ölüm halı baş verməyib", - deyə MN-dən bildirilib.
İlkin məlumata görə, qəzaya təyyarənin mühərriklərinin sıradan çıxması səbəb olub.