ABŞ-ın maliyyə naziri: "Hədəfimizdə yalnız Rusiya rəsmiləridir"

"Tətbiq edilən sanksiyalar Rusiya hakimiyyətinə yönəldilib. Çünki qərarları onlar verirlər". APA TV-nin "Reuters"ə istinadən xəbərinə görə, bu açıqlamanı ABŞ-ın maliyyə naziri Ceykob Lyu verib.

 

O bildirib ki, iqtisadi sanksiyalar onların əlindəki strateji silahdır və buna qarşı zarafat etmək olmaz. 

 

"Biz bu addımlarımızı dayandırmamalıyıq, çünki bu qarşı tərəfin iqtisadi inkişaf tempini zəiflədir və biz yumşaqlıq göstərməməliyik", deyə Lyu əlavə edib.

 

Maliyyə naziri qeyd edib ki, ABŞ belə ağır qadağaları yalnız siyasətini dəyişən ölkələr üçün aradan qaldırır.

 

Xatırladaq ki, martın əvvəlində ABŞ prezidenti Barak Obama Rusiya rəsmilərinə qarşı tətbiq edilən sanksiyaların müddətini bir il daha artırıb. Bu sanksiyalara 2014-cü ilin martından Rusiyanın Krımı ilhaq etməsindən sonra start verilib.

Müəllif | Apa.Tv
Apa.tv