Komitə sədri və nazir bölgələrdə qəbul keçirdi
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov oktyabrın 4-də Ağdaşda 7 rayondan olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib. DSMF sədrinin qəbuluna gələn Ağdaş, Kürdəmir, İsmayıllı, Ucar, Göyçay, Şamaxı və Ağsu sakinləri əsasən pensiya təyinatı, eləcə də pensiyaların yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, o cümlədən əyani təhsil müddətinin staja daxil edilməsi, dövlət qulluqçusu kimi pensiya təyin olunması, müvafiq arxiv sənədlərinin olmaması səbəbindən keçmiş sovet dövründə işlədikləri müddətin əmək stajlarına əlavə edilməməsi kimi məsələlərlə bağlı müraciət ediblər.
Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, onların problemlərinin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.
...
APA TV-nin xəbərinə görə, bu gün nəqliyyat naziri Ziya Məmmədov isə Gəncədə qərb bölgəsindən olan vətəndaşları qəbul edib. Qəbulda Gəncə, Naftalan, Mingəçevir şəhərləri, Goranboy, Göygöl, Samux, Ağdam, Yevlax, Bərdə, Tərtər, Kəlbəcər rayonlarında yaşayan 30-dan artıq sakin iştirak edib. Müraciətlər daha çox yol infrastrukturunun yaxşılaşdırılması, kənd yolların təmiri, istismar müddəti sona çatmış körpülərin təmiri və yeni avtovağzalların tikilməsi ilə bağlı olub. Nəqliyyat naziri vətəndaşları fərdi qaydada dinləyərək qaldırılan məsələlərin həlli istiqamətində tapşırıqlar verib və bəzi müraciətlər qəbul yerindəcə həllini tapıb. Nazirliyin səlahiyyətinə aid olmayan müraciətlər isə aidiyati təşkilat rəhbərlərinə çatdırılması üçün qeydə alınıb.