Azərbaycan prezidenti bu gün Vaşinqtonda Con Kerri ilə görüşəcək

Vaşinqtonda Azərbaycan prezidenti İlham Əliyev və ABŞ dövlət katibi Con Kerri arasında görüş keçiriləcək.

 

APA-nın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat verilib. Görüş bu gün Bakı vaxtilə saat 22.00-a nəzərdə tutulub.

 

Xatırladaq ki, Azərbaycan prezidenti martın 30-da Vaşinqtonda başlayacaq IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak edəcək.

 

Müəllif | Apa.Tv
Apa.tv