Şəhidin medalını alan qardaşı: "Allah şəhidlik zirvəsini mənə də qismət eləsin!"

Azərbaycan Ordusunun şəhid zabiti Qalib Laim oğlu Zülfüqarlının ölümündən sonra təltif edildiyi  “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı bu gün ailə üzvlərinə təqdim edilib. APA TV-nin cənub bürosunun məlumatına görə, bu münasibətlə şəhidin  doğulduğu Lənkəran rayonunun Vilvan kəndində  medalın təqdimolunma mərasimi keçirilib. Mərasimdə Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik  Abdulla Qurbani, rayonun icra strukturlarının nümayəndələri, hərbi qulluqçular, Qarabağ veteranları, həmçinin kənd sakinləri iştirak ediblər.

 

Şəhidin medalı onun qardaşı Qabilə təqdim olunub.


"Qardaşım ölümün ən yüksək zirvəsinə - şəhidlik zirvəsinə qalxdı. Allah bu zirvəni mənə də qismət eləsin!"

 

Qeyd edək ki, 24 yaşlı taqım komandiri, leytenant Qalib Zülfüqarlı martın 27-də Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu ərazisində düşmən təxribatının qarşısını alarkən şəhid olub. 

 

Allah rəhmət eləsin!

Müəllif | Apa.Tv