Dolların rəsmi kursu 1,55-dən aşağı endi - RƏSMİ MƏZƏNNƏ
ABŞ dolları növbəti dəfə manata nisbətdə ucuzlaşıb. APA TV-nin məlumatına görə, Azərbaycan Mərkəzi Bankı dolların sabaha olan məzənnəsini açıqlayıb. Rəsmi məzənnəyə əsasən, 1 ABŞ dollarının kursu 1,5421 səviyyəsində müəyyən olunub. Dekabrın 21-də həyata keçirilən devalvasiyadan sonra dolların dəyəri ilk dəfə olaraq 1,55 manat səviyyəsindən aşağı enib. Xatırladaq ki, dollar bu gün 1,5586 manata bərabər olub.