Əkrəm Əylisli sərbəst buraxıldı

 

Martın 30-da səhər Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılan yazıçı Əkrəm Əylisli sərbəst buraxılıb.

 

Bu barədə APA TV-yə Ə. Əylislinin özü məlumat verib. Onun sözlərinə görə, səhər saatlarında hava limanında saxlanılıb. Venesiyada keçirilən kitab festivalına getməli olduğunu bildirən yazıçı deyib ki, saxlanılarkən hava limanında heç bir insident baş verməyib: “Təklif etdim ki, bizi başqa relsə yola salın, etmədilər”. 

 

Barəsində cinayət işinin başlanıb-başlanmaması ilə bağlı suala cavab vermək istəməyən Əkrəm Əylisli yorğun olduğunu və daha sonra geniş açıqlama verəcəyini bildirib.

 

Qeyd edək ki, Əkrəm Əylisli oğlu İlyas Əylisli ilə İtaliyaya gedərkən Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, Əkrəm Əylisli buraxılış məntəqəsindən keçərkən əməkdaşlarla münaqişə yaratdığı üçün saxlanılıb.

 

Müəllif | Apa.Tv