Türkiyə hökumətindən Twitter-ə qarşı ittiham

Türkiyə hökuməti Twitter sosial şəbəkəsini sifarişlə Rəcəb Tayyib Ərdoğana qarşı senzura tətbiq etməkdə günahlandırıb. APA TV xəbər verir ki, Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ Twitter-də yaradılmış “we love Erdoğan” (“Biz Ərdoğanı sevirik) heşteginin ləğv edilməsinə sərt münasibət bildirib.

 

Bəkir Bozdağ deyib ki, terror təşkilatları Twitter-dən istifadə etdikdə bu sosial şəbəkənin rəhbərliyi ölkələrin müdaxilə tələblərinə əməl etmir, bunu özünün sərbəstliyi əsaslandırır.

 

“Twitter-də soruşuram: kim təlimat verdi ki, “we love Erdoğan” heştegini ləöv etdiniz? Bir öləmi, şəxsmi, terror təşkilatımı, ya başqa birimi təlimat verdi? Azadlıq prinsipləri çərçivəsində “we love Erdoğan” mesajını yaymaq Twitter-in prinsiplərinə ziddirmi? Ziddirsə, hansı prinsipinə?”.

 

Bəkir Bozdağ deyib ki, Twitter-in son addımı Türkiyə prezidentinə qarşı qlobal əməliyyatın bir hissəsidir.

 

Müəllif | Apa.Tv