Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti 1 dollardan çox bahalaşıb. APA TV-nin məlumatına görə, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 1,15 dollar artaraq 41,41 dollar təşkil edib. Gün ərzində "Brent" markalı neftin qiymətində də cüzi bahalaşma hiss olunub. Brent nefti 12 sent bahalaşaraq 39.66-a dollara qalxıb.

 

Qərbi Texas neftinin qiymətində isə ucuzlaşma var. Gün ərzində keçirilən hərraclarda WTI neftinin qiyməti 37.86 dollara kimi düşüb. WTI neftinin bir bareli ötən gün 38,55 dollardan satılıb.
 

Ekspertlər qiymətlərin hələ aprelin 17-dək 39-41 dollar ətrafında stabilləşəcəyini qeyd edirlər. İranın Dohada keçiriləcək OPEK ölkələri və kartelə üzv olmayan neft dövlətlərinin toplantısına qatılacağı xəbəri belə qiymətlərin qalxmasına təsir göstərməyib. Rusiya mənbələri İranın toplantıya qatılacağını, lakin hasilatı dondurmaq barədə qərara qoşulmayacağını bildirirlər. 

Müəllif | Apa.Tv
Apa.tv