Azərbaycanın xalq şairinin ayağı amputasiya olundu

Xalq şairi Söhrab Tahirin ayağı amputasiya olunub. Bu barədə APA-ya məlumatı Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza verib. Onun sözlərinə görə, S. Tahir dünən xəstəxanaya yerləşdirilib. O əlavə edib ki, Söhrab Tahirin səhhətində dünən ciddi problem yaranıb. Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xalq şairinin sağ ayağı amputasiya olunub.

Müəllif | Apa.Tv
Apa.tv