Yol polisi qəza törətdi: 2 ölü

Bu gün günorta saatlarında Bakı-Qazax magistral yolunun Şəmkir rayonundan keçən hissəsində iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Şəmkir Rayon Prokurorluğundan APA TV-yə  verilən məlumata görə, yol-nəqliyyat hadisəsi Bakı-Qazax yolunun 389-cu kilometrliyində Şəmkir rayonunda qeydə alınıb. Yol polisi əməkdaşı, 29 yaşlı Malik Məhərrəmovun idarə etdiyi 20 CF 267 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobillə 45 yaşlı İlqar Aslanovun idarə etdiyi “VAZ 2101” markalı avtomobil toqquşub. Qəza zamanı “VAZ-2101” markalı avtomobilin sürücüsü və həyat yoldaşı 41 yaşlı Təranə Aslanova ölüblər.

 

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli