Azərbaycanda istintaq altında saxlanılan şəxs öldü
Gəncə şəhərindəki 2 saylı İstintaq Təcridxanasında ölüm hadisəsi baş verib.
APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, təcridxanada saxlanılan Tərtər rayon sakini, 1977-ci il təvəllüdlü Niyaməddin Novruzov qəflətən dünyasını dəyişib.
Meyit müayinə edilərkən üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb və məhbusun öz əcəli ilə öldüyü məlum olub.