Bakıda külək əsəcək, bölgələrdə yağış yağacaq - 1 APREL HAVASI
Aprelin 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. APA TV-yə Hidrometeoroloji Proqnozlar Bürosundan verilən xəbərə görə, günün birinci yarısında yarımadanın bəzi yerlərində çiskinli hava şəraiti müşahidə ediləcək. Gündüz cənub küləyi əsəcək. Havanın temperaturu gecə 4-7, gündüz 10-15 dərəcə isti olacaq.
Bölgələrdə hava şəraitinə gəldikdə isə bəzi yerlərdə yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, duman olacağı gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gəcə 3-8, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 3 dərəcəyədək şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.