İranda zəlzələ oldu
İranda zəlzələ baş verib. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, yeraltı təkanlar 5 bal gücündə olub.
Zəlzələnin episentri İsfahan şəhərinin 120 kilometrliyində baş verib. Yeraltı təkanların ocağı yerin 40 km dərinliyində qeydə alınıb.
İnsan itkisi və dağıntılar barədə məlumat verilmir.