Coratda qətl: qonşusunu borc üstündə öldürdü
Sumqayıtın Corat qəsəbəsində qətl törədilib. APA TV-nin məlumatına görə, ölüm hadisəsi borc üstündə olub.
Əvvəllər məhkum olunmuş Corat qəsəbə sakini Asif Xəlilov ona borcu olan qonşusunu evinə çağırıb. Ramin Cəbrayılov adlı şəxs onun dəvəti ilə mənzilinə gəlib. Daha sonra onların arasında mübahisə düşüb.
Ramin Cəbrayılov mübahisə zəminində Asif Xəlilovu bıçaqlayaraq qətlə yetirilib. Qətli törədən şəxs polisə könüllü təslim olub.