Rusiya: ABŞ-ın Avropadakı hərəkətlərinə layiqli cavab veriləcək

ABŞ Şərqi Avropada hərbi kontingentini artırmaq niyyətindədir. APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, bu barədə Amerikanın hərbi administrasiyasından bildirilib.


Məqsəd NATO üzvü olan region ölkələrini və alyans müttəfiqlərini Rusiyanın aqressiyasından qorumaqdır.

Planın gerçəkləşdirilməsini Konqres təsdiq etməlidir. Əgər bu baş verərsə ABŞ 2017-ci ilin fevralından bu addımlara start verəcək. Litva, Latviya, Estoniya, Polşa, Rumıniya və Bolqarıstanda 4200 hərbçi, 250 hərbi texnika yerləşdiriləcək.


Xatırladaq ki, ABŞ regionda hərbi aktivliyini Rusiya-Ukrayna qarşıdurması fonunda daha da artırıb. Hazırda Avropada 62 min ABŞ hərbçisi yerləşdirilib.

Rusiyanın NATO-dakı nümayəndəsi bildirib ki, Moskva baş verənlərə seyrçi qalmayacaq və layiqli cavab veriləcək.

Müəllif | Apa.Tv
Apa.tv