Əkrəm Əylisli barəsində cinayət işi başlanıb

Yazıçı Əkrəm Əylisli barəsində cinayət işi başlanıb. Bu barədə APA-ya Ə. Əylisli özü məlumat verib.

 

Onun sözlərinə görə, bu gün oğlu İlyas Əylisli ifadə vermək üçün polisə çağırılıb: “İfadəsi alındıqdan sonra ona deyiblər ki, mənim barəmdə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Mən bu ittihamı qəbul etmirəm”. 

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya məlumatı təsdiqləyiblər.

Müəllif | Apa.Tv
Apa.tv