Sərkisyanın AŞPA-dakı çıxışı ilə bağlı bəyanat qəbul edildi
Avropa Şurası Parlament Assambleyasında Ermənistan prezidenti Serj Sərkisyanın oktyabrın 2-də assambleyadakı çıxışı və onun Azərbaycana qarşı söylədiyi böhtanlarla bağlı qurumun 20 deputatının imzası ilə yazılı bəyanat qəbul edilib və Assambleya üzvləri arasında paylanılıb.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun təşəbbüsü ilə hazırlanmış bu bəyanatı azərbaycanlı deputatlardan başqa, AŞPA-da təmsil olunan digər ölkələrin deputatları da imzalayıblar.
Bəyanatda deyilir: “Ermənistan prezidenti Serj Sərkisyan 2 deyib ki, onlar Türkiyəyə qarşı heç vaxt ərazi iddiaları irəli sürməyiblər. Bu istiqamətdə hər hansı bir çıxış və bəyanat göstərilsə, o üzr istəməyə hazırdır. Bununla bağlı Ermənistan prezidentinin çoxsaylı bəyanatlar arasında sadəcə 23 iyul 2011-ci il tarixdə Ermənistanda Tsaqkadzor şagirdləri ilə görüş zamanı edilmiş bəyanatını nəzərinizə çatdırmaq istərdik. Bir şagirdin Sərkisyana bir gün Qərbi Ermənistanın və Ararat dağının Ermənistana birləşməsi haqda ünvanladığı sualına o, belə cavab verib: “Bu, sizin kimi gənc nəsildən və sizdən asılıdır. Hesab edirəm ki, mənim təmsil olunduğum nəsil üzərinə düşən işi yerinə yetirib. 1990-cı illərin əvvəllərində bizim milli ərazilərimizin bir parçası olan Qarabağı düşməndən müdafiəsinə ehtiyac olduğu bir vaxtda biz bunu etdik”".
Bəyanatda bildiri ki, onun cavabı Türkiyə və Azərbaycana qarşı hansı ərazi iddialarında olduğunu aydın şəkildə göstərir. Dağlıq Qarabağ bölgəsi və Ağrıdağ Azərbaycan və Türkiyə ərazilərinin tərkib hissəsi kimi beynəlxalq səviyyədə tanınmış əraziləridir. Bu baxımdan biz Ermənistan prezidenti verdiyi sözə əməl etməyə və Parlament Assambleyasının auditoriyasına səhv məlumat verdiyi üçün onu üzr istəməyə çağırılır.