Dələduz makler: "Ev satıb, vaxt qoymuşam ki..."

Abşeron polisi dələduzluq etməkdə təqsirli bilinən 50 yaşlı Əkbər Qərib oğlu Həsənovu yaxalayıblar. APA TV-nin məlumatına görə, istintaqla müəyyən olunub ki, Həsənov  rayon ərazisində yaşayan vətəndaşlardan birinə adında olan və yeni tikilən mənzilini bir neçə dəfə ödəniş qarşılığında satıb. Əldə edilən razılığa görə mənzilin pulu alındıqdan sonra ev sənədləşdirilib çıxarış verilməli imiş. Lakin Həsənov vədinə  əməl etməyərək vətəndaşdan yayınmağa başlayıb. Bundan  başqa ödənilən qəbzləri verməyərək vətəndaşı aldadıb.


"Bunlara ev verib, vaxt qoymuşam ki, hissə-hissə ödənilsin. Mən evləri şirkətdən alıb onlara vermişəm, borc ordan yaranıb".    

 

Məlum olub ki , mənzillərin pulu Əkbər Həsənova verilsə də, özünü iş içraçısı adlandıran şəxs vəsaiti tikinti şirkətinin hesabına ödəməyib. Borc yarandığından  şirkət çıxarış verməkdən imtina edib. Vasitəçi rolunu oynayan Əkbər Həsənov isə faktiki mənzil sahibi olan şəxslərə müxtəlif bəhanələr gətirərək günləri uzadıb. Abşeron Polis İdarəsindən bildirildi ki, Həsənovun əməlindən hələlik 2 nəfər zərər çəkib. Araşdırma aparılır.  

Müəllif | Apa.Tv
Apa.tv