Bərdədə 200 il yaşı olan ağac aşıb
Bərdədə 200 il yaşı olan ağac aşıb. Hadisə rayonun Qaradağlı kənd sakini İsax Süleymanovun həyətində qeydə alınıb. 2 əsr yaşı olan irigövdəli palıd ağacı ötən gün rayon ərazisində əsən küləyə tab gətirməyib. Gövdəsinin diametri 3 metrə çatan ağacın uzunluğu beşmərtəbəli binadan uzun olub. Ev sahibi İsax Süleymanov 2-3 gün qabaq nəvələrinin hamısı onlarda olduğunu deyir.
"Yaşı çoxdur, mən deyərəm ki, iki əsrdən çoxdur. Kökü məhv olub ona görə də külək vurub aşırdı. Elə küləklər olub ki, bundan da güclü. Dünənki külək elədə güclü deyildi, amma vurdu aşırdı. Şükür Allaha ki, ziyanlıq olmayıb. 2-3 gün bundan qabaq nəvələrim hamısı burada idi. Bunun altında oynayırdılar, Allah göstərməsin, o zaman aşsaydı, altından qaçmaq olmazdı. Şükür allaha ki, salamatlıqdır".
Qeyd edək ki, ağac aşan zaman həyətdə ailə üzvlərindən heç kim olmayıb, ona görə də hadisə xəsarətsiz ötüşüb.