Diyarbəkirdə terror aktı: çoxlu sayda yaralı var
Diyarbəkir avtovağzalında terror aktı törədilib. APA TV-nin məlumatına görə, polis maşınının uzaqdan idarəolunan mexanizmlə partladılması nəticəsində 14 nəfər yaralanıb. Yaralıların əksəriyyəti polis əməkdaşlarıdır. Partlayışdan sonra hadisə yerinə çoxlu təcili tibbi yardım maşınları gəlib. Yaralı polislər Diyarbəkir hərbi hospitalına, mülki şəxslər isə yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Terror aktı gerçəkləşdirilən ərazi nəzarətə götürülüb.