Prezident İlham Əliyev Corc Buşun aparat rəhbəri ilə görüşüb
Azərbaycan prezidenti İlham Əliyev martın 31-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Nyu-Hempşir ştatının sabiq qubernatoru, ABŞ-ın sabiq Prezidenti Corc Buşun aparatının rəhbəri Con Sununu ilə görüşüb.
APA TV-nin xəbərinə görə, görüşdə Azərbaycanla ABŞ arasında əlaqələrin indiki vəziyyəti və gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.