3 yaşlı İmran Almaniyada növbəti dəfə əməliyyat olunub

Almaniyanın "Şarite" Klinikalar Mərkəzinin uşaq cərrahiyə şöbəsinə yerləşdirilən 3 yaşlı İmran Cəfərzadə yeni müayinə əməliyyatı keçirib. Azərbaycanın Almaniyadakı səfirliyinin mətbuat attaşesi Vüqar Qafarov azyaşlının vəziyyəti barəədə APA TV-yə danışıb.

 

İmranın müalicəsi davam etdirilir, hələlik onun nə qədər müddətdə orada qalacağı bilinmir. Azərbaycanın Almaniyadakı Səfirliyi "Şarite” klinikası ilə mütəmadi əlaqə saxlayır.

 

İmran Cəfərzadənin Almaniyadakı müalicəsi Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilir.  İmran Cəfərzadə bu il iyulun 21-də Xaçmaz rayonunda fəaliyyət göstərən “Nabran Holiday Village” istirahət mərkəzində hər iki ayağından ağır xəsarət alıb.

 

Müəllif | Apa.Tv