Brüsseldə PKK-nın çadırı yığışdırıldı

PKK terror təşkilatını Belçikanın paytaxtı Brüsseldə qurduğu çadır yığışdırılıb. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Avropa Birliyinin binasının yanındakı meydanda qurulan çadır icazə müddətinin başa çatması ilə əlaqədar Brüssel polisi tərəfindən yığışdırılıb.

 

Məlumat üçün qeyd edək ki, bir müddət əvvəl Brüsselin "Jean Rey" meydanında PKK terror təşkilatı çadır qurub. Çadırın yanına PKK lideri Abdullah Öcalanın fotoşəkilləri və terror təşkilatının bayrağı asılıb.

 

Türkiyə hökuməti tərəfindən prezident səviyyəsində tənqid olunan bu məsələ ilə bağlı verilən açıqlamada qeyd olunurdu ki, Brüsseldə qurulan çadır rəsmi orqanlardan alınan icazəyə əsasən meydanda aprelin 1-dək açıq qalacaq.

Müəllif | Apa.Tv
Apa.tv