Maştağada velosipedçini maşın vurdu

Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, rayonun Maştağa qəsəbəsində naməlum avtomobil velosipedçi 31 yaşlı Mahir Sadıqovu vurub. Sürücü qəzadan sonra hadisə yerindən qaçıb.

 

Yaralı hadisə şahidlərinin köməyi ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub. Həkimlər Mahir Sadıqovun vəziyyətinin orta ağır olduğunu bildiriblər.

 

Hadisə şahidlərinin sözlərinə görə, velosipedçini vuran avtomobilin dövlət qeydiyyat nişanının son üç rəqəmi 353 olub. Hadisə barədə polisə məlumat verilib. Araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv