Ərdoğan Vaşinqtondan Rusiyaya səsləndi: "Əməkdaşlığa hazırıq"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın "Brookings" institutundakı çıxışı zamanı Rusiya-Türkiyə münasibətlərinə toxunub. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, R.T.Ərdoğan son zamanlar Rusiyanın yanlış siyasəti nəticəsində iki ölkə arasındakı əlaqələrdə soyuqluğun yarandığını qeyd edib.
O, Türkiyə və Rusiyanın eyni coğrafi mövqelərdə yerləşən və yüz illər boyunca bir-biri ilə bir çox sahələrdə əməkdaşlıq edən iki ölkə olduğuna diqqət çəkərək, bölgədə yaşanan gərginliyin dövlətlərarası münasibətlərdə bir sıra çətinliklər yaratdığını bildirib.
Prezident eyni zamanda Rusiyanı yenidən əməkdaşlığa çağıraraq, dövlət rəsmilərindən müsbət yanaşma gözlədiyini qeyd edib.