Mircəfər Bağırovun doğulduğu evdən reportaj

O illərin, 1936-37-ci illərin ziyalılarının hər gün yaşadıqları yaşantılar, həyəcanlar idi bu. Və nədənsə bir adı dillərinə gətirməkdə də qorxurdular: Mircəfər Bağırov!
 

APA TV-nin məlumatına görə, Mircəfər Mirabbas oğlu Bağırov 1896-cı il 17 sentyabrda Quba şəhərində anadan olub. Mir Cəfər molla məktəbində oxuyub. Qubada ibtidai sinfi bitirib. Quba ziyalılarının vəsaiti hesabına Petrovsk şəhərində 2 illik rus dili müəllimi kursunu bitirib. Quba və Xaçmazda müəllimlik edib. SSRİ və Azərbaycanın təhlükəsizlik orqanlarında müxtəlif vəzifələrdə çalışıb. 1933-53-cü illərdə Azərbaycan KP MK-ya rəhbərlik edib. Azərbaycan tarixinə 1937-38-ci il repressiyalarının təşkilatçısı və icraçısı kimi düşüb. Həmişə maraqlı gəlib mənə, nə səbəbdən, niyə bu adamın siyasi fəaliyyəti, şəxsiyyəti bu qədər qarışıq, dağınıq və müəmmalıdır. Üzeyir Hacıbəyli ilə nərd oynayıb. Hər dəfə Moskvadan dönəndə söhbət elədiyi iki-üç adamdan biri olub Üzeyir bəy. Sovet hökumətinin düşməni olan Qaçaq Mayılla aşkar dostluq edib. 1918-ci ildə Quba qırğını zamanı daşnaklara və 11-ci qızıl orduya qarşı döyüşlərdə iştirak edib. Rəsulzadənin Lahıcda gizlənməsinə yardımçı olub, Quba “bazarkom”unu onun adından istifadə eləmək üstündə güllələyib, Səməd Vurğunun əmilərinin Müsavatçı olmasına baxmayaraq onu da, bu partiyaya simpatiyası olan Hüseyn Cavidi də uzun müddət repressiyadan qoruyub. Əlağa Vahidə "özünü içki içən kimi göstər. Adının üstündən başqa cür xətt çəkə bilmədim siyahıda" xəbərini göndərib. Oğlunu Böyük Vətən Müharibəsində iştirak etmək üçün cəbhəyə göndərib, şəhid olan övladına Sovet İttifaqı qəhrəmanı adının verilməsindən imtina edib. Cəlilabadda sıravi əsgərin xanımını kobudlayan dövlət məmurunu güllələyib. Bundan başqa 1926-cı ildə Azərbaycandan qovulub. Müsavatın qalığı sayılan Bakı Dövlət Universitetinin bağlanmasına etiraz etdiyi üçün. 1932-ci ildə təkrar Azərbaycana dönüb. Nazirlər Sovetinin sədri təyin olunub. Və 1934-cü ildə Bakı Dövlət Universitetinin yenidən açılmasına nail olub. Daha bir epizod Hüseyn Cavidin yaşadığı bina dövlət idarəsinə məxsus imiş. Həmin binada bir neçə nəfərin ailəsi ilə birgə çıxarılmasına baxmayaraq Hüseyn Cavid Mircəfər Bağırova məktubla müraciət edib: Xahiş edirəm, burda yaşamağıma icazə verilsin, eyvana çıxanda Xəzəri görməyə adət eləmişəm. Mircəfər Bağırov məhz Hüseyn Cavidin məktubundan sonra binada yaşayışa icazə verilməsi göstərişini verib. Və Cavidin xətrini istədiyini söyləyib. Ancaq onu 1937-ci ildə repressiyadan qoruya bilməyib. Onun bir övladı Cahangir, Böyük Vətən Müharibəsində şəhid olub, qəbri Bakıda, Yasamal qəbiristanlığındadır. Moskvadan Mircəfərə buna görə zəng olunub ki, oğluna Sovet İttifaqı Qəhrəmanı adını veririk, o xahiş edib ki, ona ad verməyin, çünki ölsə də xidməti olmayıb. İkinci oğlu Cen isə Tiflisdə hərbi məktəbdə, sonra Moskvada Jukov adına Aviasiya Akademiyasında təhsil alıb. Professor, elmlər doktoru olub, onu 1994-cü ildə Moskvada ermənilər şampan şərabının içinə zəhər töküb öldürüblər. Haqqında yazılan ittihamnamədə dövlət əmlakının mənimsənilməsi, vəzifəsindən sui-istifadə başda olmaqla daha ciddi ittihamlar var idi. O, özü də bunu bilirdi. Həbs ediləcəyini. İttiham olunacağını. Ləkələnəcəyini. Nikita Xuruşov SSRİ KP-ya rəhbər təyin olunandan, hakimiyyətə gələndən sonra “mənimki burda bitdi deyib. Səbəb Xuruşovun ona antipatiyasının olması və aralarındakı şəxsi konflikt imiş. Çünki Xuruşovun qardaşını məhz Mircəfər Bağırovun güllələdiyi bildirilirdi. Səbəb onun cəbhədə azərbaycanlıları rus dilini bilmədikləri üçün alçaltması imiş. Məhz bu hadisədən sonra Azərbaycanlılardan ibarət məşhur “Taqonroq diviziyası” yaranmışdı. Mircəfərin Stalinə şəxsi müraciətindən sonra həm də. Görüntülərdə gördüyünüz Mircəfərin Qubada doğulub boya başa çatdığı evin bir hissəsidir. Bu dəxil isə onlardan Bağırovlardan qalan yeganə xatirədir bu evdə. Bəs bu evdə indi kimlər yaşayır və buranı necə alıblar? Bu barədə Səkinə nənədən eşidək. Bu yaşlı qadın deyir ki, hətta onun qaynanası bu evi alandan sonra belə həyətə gəlib gedən, müxtəlif aparatlarla evin zirzəmisində axtarış aparanlar olub. O vaxt bizim pulumuz az olduğuna görə, məhəllənin bir hissəsini aldıq. Həm də o biri hissəsində bir qohumları yaşayırdı Seyid ağa deyirdi rayon camaatı ona. Qorxurdu. Tək yaşadı, tək də öldü. Bu görüntülərsə Mircəfər Bağırovun doğulduğu, böyüdüyü evin artıq istifadə olunmayan hissəsidir. Qubada Bağırovlara məxsus evlərin satıldığına da şahid olduq. Təbii ki, maddi çətinlik və problemlər üzündən. "Onlar həmişə belə yaşayıblar. Sadə, kasıb, hamı kimi." Bunu isə Mircəfər Bağırovun məhkəməsinin sağ qalan iştirakçılarından olan Ali Məhkəmənin ke,miş hakimlərindən biri Cabir Kərimov deyir. 98 yaşlı keçmiş hakimin səhhəti və indiki görkəmi uyğun olmadığından görüntüləməyi məqsədə uyğun saymadıq. Amma bu evdə yaşayır o hakim. Cabir müəllim deyir ki, Mircəfəri rayona gələndə elə çıxışlarında da, həmişə başı yuxarı, dik görüb. Amma ilk dəfə o məhkəmədə o boyda insanın necə alçaldıldığının şahidi olduq. Və bundan başqa 1937-ci il avqust ayının 5-də SSRİ NKVD-nin güllələnmələr barədə çıxardığı qərarları üç nəfər müzakirə edir, imzalayırmış - SSRİ daxili işlər naziri Yejov, Stalin və Mikoyan. Daha dəqiqi Mircəfər kimisə xilas etmək iqtidarında deyilmiş. Hətta buna baxmayaraq o yenə də Üzeyir Hacıbəyovu, Mikayıl Rəfilini böyük çətinliklə qorudu. Və bu cəhdlərinə görə, 1937-ci ildə onun özünü SSRİ prokurorunun müavini Mattuleviçin təqdimatı ilə həbs etdilər. 10 gün ev dustağı saxlanılıb. 1938-ci ildə daxili işlər naziri postuna keçən Beriya Bağırovun həbsi barədə qərarı ləğv edib. Anlaşılan Mircəfər Bağırovun özünü də repressiya qurbanı olmaqdan qoruyublar. Əslində qısa bir reportajda da onun kim olmasını ətraflı açıqlamaq mümkün deyil. Sadəcə illər ötdükcə, anlaşılan o olur ki, Mircəfər Bağırov əslində vətən xainindən daha çox vətənpərvər biri olub. Və öz məhkəməsindəki son sözündə dediyi kimi Mikoyanlara etibar edib.
 

Müəllif | Apa.Tv