Yağışlar qayıdır, temperatur düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanda hava şəraiti kəskin dəyişəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, aprelin 3-də Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi, axşamdan aprelin 4-ü səhərədək yağış yağacağı gözlənir.

 

Yağışların intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

 

Azərbaycanın rayonlarında aprelin 4-ü səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, yağışın dağlıq rayonlarda sulu qar və qara keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olma ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Müəllif | Apa.Tv
Apa.tv