Parisdə güclü partlayış baş verdi, yaralılar var - HADİSƏ YERİNDƏN
Parisin mərkəzində, kulinariya məktəbinin yerləşdiyi ehtimal olunan binada partlayış baş verib. APA TV-nin Vesti.az-a istinadən xəbərinə görə, bu barədə ilkin məlumatı Fransanın "Europe 1" radiosu yayıb.
Partlayışdan dərhal sonra ərazidə yanğın baş verdiyi bildirilib. Hadisə yerinə dərhal yanğınsöndürmə xidmətinin əməkdaşları gəlib. İlkin ehtimala görə, hadisə qaz sızması nəticəsində qeydə alınıb. Olay zamanı 5 nəfər xəsarət alıb. Hadisənin baş verdiyi binanın yaxınlığındakı insanlar güclü partlayış səsinin eşitdiyini bildiriblər. Dərhal sonra sosial şəbəkələrdə hadisənin terror aktı olduğu barəsində məlumatlar və fotoşəkillər paylaşılıb.
Bu yöndə ehtimallara isə yanğınsöndürmə qruplarının hadisənin adi bir qaz sızması nəticəsində baş verdiyini təsdiqləməsi son qoyub. Hazırda baş verən yanğının səbəbləri araşdırılır.