Türkiyədə daha bir terror: ölən və yaralananlar var

Türkiyədə PKK terrorçuları tərəfindən daha bir terror aktı törədilib. APA TV xəbər verir ki, Mardin vilayətinin Qızıltəpə qəsəbəsində hərbi çağırış şöbəsinə hücum olub.

 

Partlayıcı quraşdırılmış avtomobillə törədilən terror aktı nəticəsində inşaatda qarovulçu işləyən bir suriyalı dağıntılar altında qalaraq dünyasını dəyişib. Bundan başqa, 11 nəfərin yaralandığı bildirilir. Yaralılardan 3-ü uşaq, 1-i əsgərdir.

 

Terror aktından sonra əraziyə çoxlu sayda təcili tibbi yardım briqadası və yanğınsöndürmə qüvvələri cəlb edilib.

 

Yaralılar Mardindəki müxtəlif xəstəxanalara yerləşdirilib. 

Müəllif | Apa.Tv
Apa.tv