ABŞ-da naməlum şəxslər ciplə aviabazaya girərək qırıcıları əziblər

ABŞ Hərbi Hava Qüvvələrinin Kaliforniya ştatında yerləşən hərbi bazasına iki naməlum şəxs daxil olaraq, dəyəri 60 milyon dollar həcmində qiymətləndirilən qırıcı təyyarəni zədələyiblər.

 

APA TV-nin Vesti.ru-ya istinadən xəbərinə görə, hadisə onlar polisin əlindən qaçmaq istədiyi zaman baş verib.

Rəsmilər hələ ötən ilin mayından etibarən hərbi bazalarda təhlükəsizlik tədbirlərini gücləndirib. Bununla belə, komandanlıq baş vermiş hadisənin öncədən planlaşdırılmış diversiya aktı olmadığını bildirib. Hazırda olayın səbəbləri və dəymiş ziyanın məbləği araşdırılır.

Qeyd edək ki, sözü gedən aviabazada 15 ədəd "F/A-18 Super Hornet" qırıcı təyyarəsi və xeyli sayda aviatexnika mövcuddur.

Müəllif | Apa.Tv
Apa.tv