Putin Azərbaycana və Ermənistana səsləndi: "Atəşi dayandırın!"
"Rusiya prezidenti Vladimri Putin Dağlıq Qarabağdakı təmas xəttində hərbi əməliyyatların başlanması barədə xəbərlərdən dərin narahatlıq keçirir". APA-nın məlumatına görə, bunu V. Putinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, Rusiya prezidenti münaqişə tərəflərini dərhal atəşi dayandırmağa və təmkin nümayiş etdirməyə çağırıb.