Lavrov Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə müraciət etdi
Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı və ermənistanlı həmkarları ilə telefon danışığı aparıb.
APA-nın verdiyi məlumata görə, bu barədə Rusiya Xarici işlər Nazirliyi məlumat yayıb.
S. Lavrov Azərbaycan və Ermənistan xarici işlər nazirlərini Dağlıq Qarabağ münaqişəsi zonasında zorakılığa son qoyulması üçün vəziyyətə təsir etməyə çağırıb.