Gəncədə mağaza yarılıb
Gəncənin ikinci hissəsi adlanan yaşayış massivində ərzaq mağazasından oğurluq edilib. Gəncə şəhər Baş Polis İdarəsindən APA-TV-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini Nailə Nağıyeva ərizə ilə polisə müraciət edərək, işlətdiyi mağazadan oğurluq edildiyin bildirib. O qeyd edib ki, naməlum şəxs və ya şəxslər onun gecə saatlarında sahibi olduğu obyektin qapısını açaraq, içəriyə daxil olublar və dükandan 10 blok müxtəlif növ siqaret, 3 bağlama pampers, 10-15 ədəd müxtəlif növ ətir və kassadakı 580 manat nəğd pulu aparıblar. Dərhal hadisə yerinə gələn hüquq mühafizə orqanlarının əməkdaşları mağazaya baxış keçiriblər.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.