Sərkisyan Ermənistan ordusunun itkilərinin bir hissəsini açıqladı
"Azərbaycan tərəfi ilə döyüşlərdə Ermənistan ordusunun 18 hərbçisi ölüb, 35 yaralı var". APA TV-nin erməni mətbuatına istinadən xəbərinə görə, bunu Ermənistan prezidenti Serj Sərkisyan İrəvanda Təhlükəsilik Şurasının toplantısında deyib.
Ermənistan prezidenti vurğulayıb ki, hadisələr onu göstərir ki, artıq münaqişənin həlli yolunda irəli doğru addım atmaq vaxtıdır.