Müdafiə Nazirliyi: Təmas xəttində vəziyyət gərgin və stabildir

 

"Təmas xəttində vəziyyət gərgin və stabildir".

 

Bunu APA TV-yə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.

 

V. Dərgahlı deyib ki, bu gecə erməni silahlı bölmələri Tərtər-Ağdərə və Xocavənd-Füzuli istiqamətində təmas xəttində olan əraziləri artilleriya atəşinə tutub. Ölən və yaralanan yoxdur.

 

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə nəzarət edir. 

 

Müəllif | Apa.Tv
Apa.tv