Con Kerri: "Tərəfləri təmkinli olmağa çağırırıq"

 

ABŞ Dağlıq Qarabağda atəşkəs rejiminin pozulmasını qətiyyətlə pisləyib və tərəfləri təmkinliyə çağırıb. “Münaqişənin hərbi yolla həlli yoxdur”. 

 

APA TV-nin Rusiya mənbələrinə istinadən verdiyi xəbərə görə, bu fikirləri ABŞ-ın dövlət katibi  Con Kerri deyib.

 

“ABŞ dinc əhali arasında da ölümlə nəticələnən Dağlıq Qarabağda qoşunların təmas xətti boyunca atəşkəs rejiminin genişmiqyaslı şəkildə pozulmasını qətiyyətlə pisləyir”, - deyə Kerri qeyd edb.

 

“Biz bütün tərəfləri təmkinlik göstərməyə və atəşkəs rejiminə ciddi riayət etməyə çağırırıq. Biz bir daha təkrarlayırıq - münaqişənin hərbi yolla həlli yoxdur. Həmsədr ölkə olaraq ABŞ dayanaqlı və razılaşdırılmış sülhə nail olmaq üçün münaqişə tərəfləri ilə işləməyə sadiqdir”, - deyə Kerri əlavə edib. 

 

Müəllif | Apa.Tv
Apa.tv