Azərbaycanda iki zəlzələ baş verdi


Aprelin 2-də saat 23:07 radələrində Azərbaycanın Ucar rayonunda zəlzələ baş verib.

 

Respublika Seysmoloji Xidmət Mərkəzindən APA TV-yə verilən xəbərə görə, zəlzələ Zərdab stansiyasindan 22 km şimal-şərqdə Ucar rayonu ərazisində qeydə alınıb.

 

Zəlzələ 3 bala qədər hiss olunub.

 

Bu gün səhər saatlarında isə Xəzər dənizində də zəlzələ baş verib. Yerli vaxt ilə saat 05:07-də Lənkəran stansiyasından 21 km şimal-şərqdə Xəzər dənizində 3,1 maqnitudalı  zəlzələ qeydə alınıb.

 

Zəlzələ hiss olunmayıb.
 

Müəllif | Apa.Tv
Apa.tv