Azərbaycan yığma komandasının üzvü hovuzda boğuldu


Cüdo üzrə milli yığma komandanın üzvü Şəmkirdə suda boğulub. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə Şəmkir Olimpiya İdman Kompleksində qeydə alınıb.

Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Qasımov Samir Vüqar oğlu məşqdən sonra hovuzda üzərkən boğulub. Ona dərhal tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv