Ermənilərin qoyub qaçdıqları meyitlərin görüntüləri yayıldı

Sosial şəbəkələrdə ermənilərin işğal olunmuş Azərbaycan ərazilərində qoyub qaçdıqları meyitlərinin görüntüsü yayılıb.

 

APA TV-nin xəbərinə görə, çox qısa görüntülərdə düşmənin 10-dan artıq hərbçisinin məhv edildiyini aydın görmək olur.

 

Bəzi məlumatlara görə, erməni tərəfinin 140-dan artıq əsgər və zabiti məhv edilib və itkin düşüb, 500-dən artıq isə yaralı var.

 

Bir neçə saat öncə isə APA Agentliyi beynəlxalq mənbələrinə istinadən cəbhə xəttindəki son insident zamanı 200-ə qədər erməni hərbçisinin öldüyü və yaralandığı barədə məlumat yayıb. Agentlik qeyd edib ki, Ermənistanın hərbi rəhbərliyi itkiləri ictimaiyyətdən gizlətmək üçün meyitlərin bir hissəsini və yaralıların əksəriyyətini işğal altındakı Azərbaycan ərazilərində saxlayır.

 

Həmçinin işğal altındakı Ağdərə rayonu və kəndlərində erməni hərbi qulluqçusu və polislərdən başqa bütün mülki əhali yaşayış yerlərini tərk edib.

 

Ermənistan hakimiyyəti isə əhalinin, əsasən də gənclərin yaşayış məntəqələrini tərk etməsinin qarşısını almaq məqsədilə Əsgəran şəhərinin çıxışında post yaradıb. Evlərini tərk edən əhali həmin postda saxlanılaraq təmas xəttindəki mövqelərə göndərilir.

 

Müəllif | Apa.Tv