Bin Ladenin ən yaxın silahdaşı öldürüldü

Suriyada İdlib qəsəbəsinin şimal-qərbində keçirilən xüsusi əməliyyat zamanı "ən-Nüsra Səbhəsi" qruplaşmasının liderlərindən biri olan "Suriyalı" ləqəbli Əbu Firas öldürülüb.

 

APA TV-nin xəbərinə görə, Suriya İnsan Haqları Komitəsindən verilən məlumatda onun Rusiya hərbi təyyarələrinin endirdiyi aviazərbələr nəticəsində qətlə yetirildiyi bildirilib.

 

Əməliyyat zamanı daha 20 terrorçunun da məhv edildiyi açıqlanıb. Öldürülənlər arasında Əbu Firasın oğlunun da adı var.

 

Qeyd edək ki, Əbu Firasın adı beynəlxalq ictimaiyyətə 80-ci illərdən məlumdur. O, eyni zamanda "əl-Qaidə" lideri Üsamə bin Ladenin ən yaxın silahdaşı sayılırdı.

Müəllif | Apa.Tv
Apa.tv