Azərbaycan və Gürcüstanın müdafiə nazirləri cəbhədə yaranmış vəziyyəti müzakirə ediblər

Aprelin 4-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli ilə qoşunların təmas xəttində yaranmış vəziyyəti telefon vasitəsilə müzakirə ediblər.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, danışıqlar zamanı T.Xidaşeli Gürcüstanın daim Azərbaycanın ərazi bütövlüyünü təmin olunmasını dəstəklədiyini qeyd edərək Ermənistan-Azərbaycan münaqişəsinin qısa müddət ərzində beynəlxalq hüququn normaları əsasında həll olunacağına ümid etdiyini bildirib.

 

General-polkovnik Zakir Həsənov dəstəyə görə Gürcüstan tərəfinə minnətdarlığını ifadə edib.

Müəllif | Apa.Tv
Apa.tv