MN: Ermənilərin komanda-qərargah məntəqəsi, polkovnik və general rütbəli zabitləri məhv edilib

Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə darmadağın edilib.

 

Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, düşmənin çoxlu sayda hərbi qulluqçusu - polkovnik və general rütbəli zabitləri də zərbə nəticəsində məhv edilib.


Həyata keçirilən əməliyyatla bağlı video görüntülər ictimaiyyətə təqdim olunacaq.

Müəllif | Apa.Tv
Apa.tv