Tailandda turist avtobusu qatarla toqquşdu: ölənlər və yaralananlar var

Tailandın Nakhon Pathom şəhərində ikimərtəbəli turist avtobusu ilə qatar toqquşub.

 

APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, qəza nəticəsində 3 nəfər ölüb, onlarla insan yaralanıb.

 

Təhlükəsizlik kameralarından əldə edilən görüntülərə əsasən, qəzanın qatar yolundakı keçiddə təhlükəsizlik baryerlərinin olmaması səbəbindən baş verdiyi ehtimal edilir.

Müəllif | Apa.Tv
Apa.tv